«ABB İnvest İnvestisiya Şirkəti»nin dövriyyəsi 31% azalıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar ayında şirkətin birja dövriyyəsi 493,9 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 31,2% azalıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi olmayıb, dövlət istiqrazları üzrə dövriyyəsi 14,7 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 7,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 471,7 milyon manat, səhmləri isə 14 min manat olub.
Cari ildə il «ABB İnvest İnvestisiya Şirkəti»nin dövlət istiqrazları üzrə əməliyyatları 45,6%, dövlət korporativ istiqrazları üzrə əməliyyatları 2,3 dəfə, repo əməliyyatları isə 26% , azalıb, səhm əməliyyatları 2,5 dəfə artıb.
Bu il «ABB İnvest İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 2.2 dəfə artaraq 73-dən 1 62-yə yüksəlib.