Bakı Fond Birjası (BFB) bu ilin birinci yarısı üzrə investisiya şirkətlərinin dövriyyələrinin həcmini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı BFB-yə istinadən xəbər verir ki, dövriyyəsinin həcmi ən çox olan şirkət «ABB İnvest İnvestisiya Şirkəti» QSC olub. Şirkətin dövriyyəsinin həcmi 23 milyard 389 milyon manat təşkil edib.
İkinci yerdə 8 milyard 566 milyon manat dövriyyə ilə «PAŞA Kapital İnvestisiya Şirkəti» QSC, üçüncü yerdə 5 milyard 37 milyon manat dövriyyə ilə «Unicapital İnvestisiya Şirkəti» ASC qərarlaşıb.
Bundan başqa, «CPM-İnvest İnvestisiya Şirkəti» QSC-nin dövriyyəsi 4 milyard 548 milyon manat, «İnvest-Az İnvestisiya Şirkəti» QSC-nin dövriyyəsi 4 milyard 193 milyon manat olub.
Dövriyyəsi 2 milyard manatdan çox olan sonuncu şirkət «Assist Finance İnvestisiya şirkəti» ASC olub. Şirkətin dövriyyəsinin həcmi 2 milyard 437 milyon manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə 7 investisiya şirkətinin dövriyyəsi 10 - 620 milyon manat arasında olub.
Xatırladaq ki, hesabat dövründə BFB-də ümumilikdə 26 milyard 28 milyon manatlıq əməliyyat aparılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə birja əməliyyatlarının həcmi 14 milyard 227 milyon manat və ya 35,3% azalıb.













