Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Almaniya, Yaponiya, Sinqapur və Cənubi Afrika da daxil olmaqla 48 ölkə və yurisdiksiya kriptovalyutalar üzrə hesabat və məlumat mübadiləsi üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qlobal vergi şəffaflığı çərçivəsini qəbul edib.
Bitkoinin qiyməti «uçur», bir ayda - 10 MİN DOLLAR BAHALAŞDI
FED.az xəbər verir ki, bu əməliyyatların 2027-ci ildən başlanması nəzərdə tutulur.
Ölkələrin müvafiq dövlət qurumları tərəfindən edilən birgə bəyanatda, OECD tərəfindən hazırlanmış yeni beynəlxalq standart olan Kripto Aktivlərin Hesabat Çərçivəsinin (CARF) sürətli inkişafı və böyüməsi ilə ayaqlaşmaq üçün alqışlandığı bildirilib. Burada məqsəd kriptovalyuta bazarı ilə bağlı qlobal vergi şəffaflığını təmin etməkdir.
Bəyanatda CARF-nin geniş şəkildə, ardıcıl və vaxtında tətbiqinin vergi öhdəliklərinə əməl olunmasını və ölkələrin vergidən yayınmaların qarşısını almaq imkanlarını daha da yaxşılaşdıracağı, 2027-ci ilə qədər CARF-in tətbiqi üçün zəruri hüquqi və əlaqələndirilmiş araşdırmaların aparılacağı qeyd olunub.
OECD-nin Baş Katibi Mathias Cormann qərarla bağlı verdiyi açıqlamada bildirib ki, bu addım vergidən yayınma ilə mübarizəyə geniş və koordinasiyalı yanaşma üçün daha bir mühüm mərhələdir.
Sözügedən 48 ölkə və yurisdiksiya aşağıdakılardır: Avstraliya, Avstriya, Barbados, Belçika, Beliz, Braziliya, Bolqarıstan, Ermənistan, Kanada, Çili, Xorvatiya, Cənubi Kipr Rum Administrasiyası, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Cənubi Koreya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Meksika, Hollandiya, Norveç, Portuqaliya, Rumıniya, Sinqapur, Slovakiya, Sloveniya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları, Gernsi və Cersi Dominionları və Men Adası və Birləşmiş Krallıq Kayman adaları və Cəbəllütariqin Xarici Əraziləri.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.