«Ziraat Bank Azərbaycan» 2021-ci ilin birinci rübü üzrə hesabatını açıqlayıb.
"Xalq Bank" 2021-ci ilin ilk rübünün yekunlarını - Açıqladı
FED.az xəbər verir ki, yanvar-mart ayılarında bankın faiz gəlirləri 5 578 min manat, faiz xərcləri 1776 min manat təşkil edib.
Bankın qeyri-faiz gəlirləri 1 552 min manat, qeyri-faiz xərcləri 3 111 min manat olub.
Nəticədə bankın əməliyyat mənfəəti 21% azalaraq 1 883 min manat olub. Bank bu vəsaitlərin 3-də ikisini - 1 270 min manatı aktivlər üzrə mümkün zərərlərdən ehtiyata yönəldib. Nəticədə bank rübü 492 min manat xalis mənfəətlə başa vurub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 20% azdır.
Birinci rübün sonunda bankın aktivləri 328 577 min manat, öhdəlikləri 253 498 min manat, kapitalı 75 079 min manat təşkil edib.
Bankır kredit portfeli 161 565 min manat, depozitləri 181 242 min manat olub. İlin əvvəli ilə müqayisədə kredit portfeli 5,8%, depozit portfeli isə 19,3% artıb.