2021-ci ilin 31 mart tarixinə olan maliyyə göstəricilərinə görə ASC “Xalq” Bankının cəmi aktivləri 2 milyard 130 milyon manat təşkil edib.
Eləcə də bax: "Xalq Bank"ın reytinq üzrə proqnozu iki pillə - YÜKSƏLDİ
FED.az xəbər verir ki, bankdan daxil olmuş məlumatda bildirilir ki, qeyd olunan tarixə “Xalq” Bankın müştərilərə verdiyi kreditlərinin həcmi 1 milyard 412 milyon manat, depozit portfelinin həcmi isə 1 milyard 364 milyon manat olub.
Bank 2021-ci ilin ilk rübü ərzində 4,7 milyon manat xalis mənfəət əldə edib.
Bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,45% (10,2 milyon manat) artaraq 426 milyon 970 min manat təşkil edib.
Xalq Bank əsas maliyyə göstəricilərinə görə bank sektorunda öz mövqeyini qoruyur və ölkənin üç ən böyük özəl banklarından biridir.
Aprel ayının 14-də Moody’s Investors Service Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib və həmin reytinq üzrə proqnozu iki pillə yüksəldərək “pozitiv” olaraq qiymətləndirilib.
Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.xalqbank.az saytına və yaxud 138 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.