Azərbaycanın aparıcı banklarından olan «Yelo Bank» 2020-ci ildin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az bankın hesabatlarına istinadən xəbər verir ki, ilin ilk 9 ayında «Yelo Bank»ın faiz gəlirləri 41 milyon 83 m in manat, faiz xərcləri 14 milyon 680 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 6,8% azalıb, faiz xərcləri isə 24,4% artıb.
Banklar 2020-ci ilin 3-cü rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Bu dövrdə bankın xalis faiz gəliri 26 milyon 402 min manat olub.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 2 milyon 265 min manat, qeyri-faiz xərcəri isə 28 milyon 825 min manat təşkil edib.
Nəticədə «Yelo bank» ilk 9 ayı 157 min manat əməliyyat zərəri ilə başa vurub. Bununla yanaşı, bank aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün 23 milyon 35 min manatlıq ehtiiyat yaradıb.
«PAŞA Bank»ın mənfəəti azalıb - BANK HESABATI
Nəticədə bankın dövrün sonuna xalis zərəri 23 milyon 175 min manat təşkil edib. Xatırladaqki, «Yelo bank» ötən ilin bu dövrünü 1 milyon 620 min manat xalis zərərlə tamamlamışdı.
Hesabat dövrünün sonunda bankın aktivləri 442 milyon 209 min manat təşkil edib. İlin əvvəli ilə müqayisədə bu göstərici 8,8% azalıb.
Bu dövrdə «Yelo bank»ın kredit portfeli 4,7% artaraq 268,8 milyon manata yüksəlib.
Əvəzində bankın qeymətli kağızlara yatırımları 3,4 dəfə azalaraq 56,7 milyon manatdan 16,7 milyon manata enib. Bankvn digər banklardakı depozitləri isə 2,4 dəfə azalaraq 13,1 milyon manat təşkil edib.
Dövrün yekununa «Yelo Bank»ın öhdəlikləri 388 milyon 110 min manat təşkil edib (7% azalma). Bu vəsaitlərin 286,8 milyon manatı depozitlərdir.
Hesabat dövrünün sonuna bankın kapitalı 54,1 milyon manat təşkil edib.