«PAŞA Bank» ASC bu ilin yanvar-sentyabr aylarını 60 532 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,3% azdır.
2020-ci ilin 9 ayı ərzində «PAŞA Bank»ın faiz gəlirləri 158,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 8,1% artıb), faiz xərcləri 32,2 milyon manat (14% artıb), xalis faiz gəliri 126,2 milyon manat (9,1% artıb) təşkil edib.
Bu dövrdə «PAŞA Bank»ın qeyri-faiz gəlirləri 67,6 milyon manat (30,7% artıb), qeyri-faix xərcləri isə 103,1 milyon manat (31,1% artıb) təşkil edib.
Nəticədə ilk 9 ayın yekununda bankın əməliyyat mənfəəti 90,7 milyon manat (2,1 artıb) təşkil edib.
Hesabat dövründə bank bu məbləğin 9,2 milyon manatını (ötən ilki dövrdən 29% azdır) mümkün zərərlər üzrə ehtiyat kimi ayırıb.
Nəticədə bankın vergidən əvvəlki mənfəəti 81,5 milyon manat (ötən ilin bu vaxtı 75,7 milyon manat idi) təşkil edib. Bunun 21 milyon manatını mənfəət vergisi kimi ödəyəndən sonra «PAŞA Bank»ın xalis mənfəəti 60,5 milyon manat (6,3% azalıb) təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni dövründə bank 11,1 milyon manfəət vergisi ödəmiş və dövrü 64,6 milyon manat mənfəətlə başa vurmuşdu.
Bank xalis mənfəətinin 45 milyon manatını dividend kimi sahiblərinə ödəyəcək, bu elə ötənilki qədərdir.
2020-ci ilin 9 ayının yekunu olaraq oktyabrın 1-nə «PAŞA Bank»ın aktivləri ilin əvvəlindən 11,1% artaraq 4 869 milyon manat olub. Aktivlərin 2 002,8 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. İlin əvvəlindən bəri Bankın kredit portfeli 22,3% böyüyüb.
Bu dövrdə «PAŞA Bank»ın digər banklardakı depozitləri 41% azalaraq 330 milyon manata enib. Əvəzində bankın qiymətli kağızlara yatırımları 25,6% artaraq 1 453 milyon manata yüksəlib.
Hesabat dövründə «PAŞA Bank»ın öhdəlikləri 11,2% artaraq 4 352,6 milyon manata, o cümlədən depozit portfeli 9,2% artaraq 3 616,2 milyon manata yüksəlib. Bankın cəmi kapitalı 10,1% artaraq 516,4 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,5% artıraraq 354,5 milyon manata çatıb.
Xatırladaq ki, «PAŞA Bank» 2007-ci ildə yaradılıb. Bankın səhmləri «PAŞA Holdinq» (60%) və «Ador» MMC-lərə (30%), eləcə də Arif Paşayevə (10%) məxsusdur.