FED.az “Yelo Bank”ın gəlir mənbələrini təqdim edir.
«Yelo Bank» sürətlə böyüyüb, depozit/kredit portfeli – İLK DƏFƏ MİLYARDI KEÇDİ - HESABAT
2025-ci ilin 3-cü rübündə “Yelo Bank” 142 milyon 756 min manat ümumi gəlir əldə edib. Gəlirlərin əsas hissəsi kredit portfeli üzrə faiz gəlirləri olub, bank bu mənbədən 122 milyon 821 min manat qazanıb ki, bu da ümumi gəlirlərin 86%-ni təşkil edir.
Komissiya haqları bankın ikinci ən böyük gəlir mənbəyidir, bu sahədən 8 milyon 438 min manat gəlir əldə edilib və ümumi gəlirlərin 6%-ni təşkil edir.
Digər banklara yerləşdirilmiş depozitlərdən gəlirlər 6 milyon 598 min manat olub, ümumi gəlirlərin 5%-ni əhatə edib.
Valyuta əməliyyatlarından gəlirlər 2 milyon 883 min manat, yəni ümumi gəlirlərin 2%-i səviyyəsindədir.
Daha kiçik mənbələr arasında qiymətli kağızlara investisiyadan gəlir 296 min manat (1%), digər banklara kreditlərdən gəlir 881 min manat (1%), digər faiz gəlirləri 199 min manat (1%) və digər qeyri-faiz gəlirləri 640 min manat (1%) yer alıb.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
122 821 |
86% |
|
QK-a investisiyadan gəlir |
296 |
1% |
|
Digər banklara depozitlərdən gəlirlər |
6 598 |
5% |
|
Digər banklara kreditlərdən gəlirlər |
881 |
1% |
|
Komissiya haqları |
8 438 |
6% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
2 883 |
2% |
|
Digər faiz gəlirləri |
199 |
1% |
|
Digər qeyri-faiz gəlirləri |
640 |
1% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
142 756 |
100% |













