"ApplePay", "SamsungPay" və "GooglePay" ödəniş sistemlərinin Azərbaycana qısa bir zamanda gəlmələri gözlənilir.
FED.az xəbər verir ki, bunu " "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.
Eləcə də bax: “Azərpoçt” “PostPay” ödəniş sistemini öz brendi altında - İNKİŞAF ETDİRƏCƏK
Onun sözlərinə görə, "Mastercard"ın bu məsələdə əsas rolu müvafiq bazanın yaradılmasıdır ki, mövcud bank kartları mobil telefonlarla tokenləşdirilə bilsin və bu üsulla ödənişlərin aparılması mümkün olsun.
"Bu gün "ApplePay", "SamsungPay" və "GooglePay" olmadan belə ödənişləri bankların elektron pulqabıları vasitəsilə də aparmaq mümkündür. Biz onların ən qısa zamanda gəlmələrini gözləyirik, lakin bunun nə zaman baş tutacağı yalnız onlar qərar verə bilər", - deyə E. Çakar qeyd edib.
Apa