Qeyd edək ki, bank ekspertləri bunu belə hesablayırlar: məcmu xarici aktivlər-xarici öhdəliklər=xalis xarici aktivlər.
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ekspertlər qrupunun sədri Elman Sadıqovun sözlərinə görə, 9-cu ayda baş verən dəyişiklik təbii ki, Beynəlxalq Bankla əlaqədardır və bunu Mərkəzi Bank açıq şəkildə bəyan edib. Nəticədə ötən ilin oktyabrında analitik balansda vəziyyət dəyişib. Noyabrda məcmu aktivlərin 700 milyon manat civarında azalmasında isə aşağıdakı səbəblər ola bilər.
- Bağlanan bankların aktivlərinin yenidən dəyərləndirilməsi
- Bankların xarici öhdəliklərinin azalması
- İdxal əməliyyatlarının dövriyyəsinin düşməsi
Eyni zamanda idxal əməliyyatların azalması isə akkreditivlərin və müxbir hesablarda saxlanılan vəsaitlərin miqdarını salıb. Nəticədə xalis xarici aktivlər bəndinin düşməsində onun da rolu az deyil.
Qeyd edək ki, maliyyə sektorunda çalışan digər mütəxəssislərin sorğumuza cavab olaraq səsləndirdiyi bəzi fikirlər də maraqlı idi.
Beləliklə, bir qrup maliyyəçi analitik balans ilə bağlı fikirlərində yenə də Beynəlxalq Bankı dominant mövqeyə çıxartdı. Məsələn, adının çəkilməsini istəməyən mənbənin dediyinə görə, bu bankın Dövlət Neft Fondu və Mərkəzi Bankdan aldığı dəstək 3 milyard dollar səviyyəsindədir. Bu təxminən 5 milyard manat deməkdir. Yəni, yardım – 5 milyard, manatla verilib. Bank bunu dərhal dollara çevirib və 2,3 milyard dollarlıq xarici öhdəliyini qaytarıb. 3 milyarddan 2,3 milyardı çıxsaq, yerdə qalan 770 milyon dollar bankın aktivlərində qalıb. Beləliklə, bankın xarici valyutada öhdəliyinin artmamasına səbəb onun yardımı manatla almasıdır. Bəs, bu bankın manatda olan öhdəliyinə təsir edibmi? Bu barədə məlumat isə Bankın bu yaxınlarda açıqladığı illik hesabatda öz əksini tapmayıb. Ümumilikdə isə 2017-ci ilin sonuna qədər Beynəlxalq Bankın aktivlərinin 6 milyarda yaxın azalması Mərkəzi Bankın təqdim etdiyi analitik balansa öz təsirini göstərib. Eyni zamanda 700 milyonluq kiçilmədə bağlanan bankların aktivləri də müəyyən paya malikdir.
Qeyd edək ki, analitik balansda xarici öhdəliklərin azalmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri ilə bağlı təhlili hazırlayırıq. FED.az-ı izləyin.
İlhamə Abdullayeva