Bu il nə qədər kredit verildiyi açıqlanıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankın məlumatlarına görə, 2019-cu il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14445,8 milyon manat təşkil edib.
Eləcə də bax:Azərbaycan iqtisadiyyatına - İNVESTİSİYA QOYULUŞU AZALIB
Bu məbləğin 11758,3 milyon manatı uzunmüddətli kreditlər təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,6%-ni təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2019-cu il noyabr ayının 1-nə 8811,1 milyon manat təşkil edib. 2019-cu ilin yanvar-noyabr aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya – 1,91 manata, 100 Rusiya rubluna – 2,62 manata bərabər olub. 2019-cu ilin yanvar-oktyabr aylarında əhalinin sayı 71688 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10053145 nəfərə çatıb.