“Unibank” ASC səhmdarların növbədənkənar ümumi yığıncağını keçirəcək
FED.az xəbər verir ki, “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti səhmdarların növbədənkənar Ümumi Yığıncağının keçiriləcəyini elan edib. Yığıncaq 23 dekabr 2025-ci il, saat 15:00-da bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 55 ünvanında yerləşən Baş Ofisində, həmçinin “Zoom” platforması vasitəsilə məsafədən təşkil olunacaq.
Yığıncaqda “Unibank” ASC-nin təşkilati və idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səhmdarlar gündəlikdəki məsələlərlə bağlı materiallarla tanış olmaq üçün Baş Ofisdə yerləşən Təşkilati işlər və katiblik şöbəsinə müraciət edə bilərlər.
Səhmdar şəxsi iştirak edə bilmədiyi halda, öz yerinə nümayəndə göndərə bilər. Bunun üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmiş etibarnamə yığıncağın keçiriləcəyi tarixədək banka təqdim olunmalıdır.











