Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,958 milyard ABŞ dolları, yaxud 2,1% artaraq 95,406 milyard ABŞ dolları təşkil edib.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 31,325 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 3,02 milyard ABŞ dolları, yaxud 10,7% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,062 milyard ABŞ dolları, yaxud 1,6% azalaraq 64,081 milyard ABŞ dolları təşkil edib.
Report