Azərbaycanda regionların kreditləşdirilməsi üzrə aparıcı banklardan olan «Turanbank» 2020-ci lin ilk yarısını mənfəətlə başa vurub.
Eləcə də bax: "TuranBank" və IFC aqro sahədə əməkdaşlığı gücləndirir - YENİ MÜQAVİLƏ İMZALANDI
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə bankın faiz gəlirləri 18 milyon 270 min manat, faiz xərcləri 10 milyon 896 min manat olub. Nəticədə bankın xalis faiz mənfəəti 7 milyon 373 min maat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 11,5% artıb, faiz təqribən 1% azalıb.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 1 milyon 766 min manat, qeyri-faiz xərcləri 7 milyon 767 min manat olub.
Ötən illə müqayisədə qeyri faitz gəlirləri 12% artıb.
“Turanbank” yarımil üzrə xalis əməliyyat mənfəəti 1 milyon 373 min manat olub.
Bank bu məbləğdən 256 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Nəticədə «Turanbank» 2020-ci ilin ilk yarısını 1 milyon 117 min manat xalis mənfəət ilə başa vurub. Bu əvvəlki illə müqayisədə 7,5 dəfə artıqdır, ötən ilin ilk yarısında xalis mənfəət 150 min manat olmuşdu.
İlk yarım ilin yekununda bankın cəmi aktivləri 522 milyon 550 min manat, cəmi kapitalı 75 milyon 909 min manat, cəmi öhdəlikəri 446 milyon 642 min manat olub.
İlin əvvəli ilə müqayisədə «Turanbank»ın aktivləri 33 milyon manat və ya 6,7%, öhdəlikləri 4,1 milyon manat və ya 7,7%, cəmi kapitalı isə 1,1 milyon manat və ya 1,5% yüksəlib.
Bu dövrdə müştərilərə verilən kreditlər ilin əvvələ ilə müqayisədə 1 milyon manat artaraq 341 milyon manat təşkil edib.
Bankdakı depozitlərin həcmi içsə 5,5 milyon manat və ya 2,2% artıb.