Ölkənin ən aparıcı banklarından olan "TuranBank" Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən hazırlanmış və maliyyə təşkilatlarına fermerlərin kredit ödəmə qabiliyyətini qiymətləndirməyə imkan verən Nağd Vəsait Axınları ilə Əlaqələndirilmiş Kənd Təsərrüfatı Risklərinin Qiymətləndirilməsi (CLARA) sistemini tətbiq etmək məqsədilə IFC ilə yeni müqavilə imzalamışdır.
FED.az xəbər verir ki, CLARA nağd vəsait axınlarının proqnoz hesablamaları vasitəsilə risklərin qiymətləndirilməsi və kreditləşdirmə proseslərini avtomatlaşdıraraq fermerlərin maliyyə resurlarına çıxışını asanlaşdırmağa kömək edir. Sistem IFC tərəfindən hazırlanıb və ona məxsusdur. Bu fəaliyyət, IFC-nin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi çərçivəsində həyata keçirilən layihənin bir hissəsidir.
Bu müqavilə çərçivəsində tətbiq edilməsi planlaşdırılan yeni sistem, Bankın strateji kursuna uyğun olaraq və onun ölkədə kənd təsərrüfatının inkişafına böyük önəm verdiyini nəzərə alaraq, Azərbaycanın bütün bölgələrində sahibkarlığın inkişafına yönəldiləcəkdir.
TuranBank
Bizimlə etibarlıdır....