Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən səmərəli, effektiv və şəffaf kommunikasiyanın qurulması, Palatanın fəaliyyətinə dair məlumatların ictimaiyyətə ötürülməsi işinin təkmilləşdirilməsi istiqamətində davamlı işlər həyata keçirilir, müvafiq fəaliyyətin, keçirilmiş tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması üçün press-relizlər təqdim olunur, maliyyə bazarlarını təmsil edən bank, sığorta və kapital bazarları üzrə hesabatlar açıqlanır, habelə media nümayəndələrindən müxtəlif kommunikasiya vasitələri ilə daxil olmuş müraciətlər, sorğular cavablandırılır.
Eləcə də bax:Palata “Bank kapitalının hesablanması - QAYDALARINA DƏYİŞİKLİK EDİB
FED.az Palataya istinadən xəbər verir ki, cari ilin oktyabr ayı ərzində ictimaiyyətə MBNP-nin öhdəliyindən irəli gələn məsələlərin icra statusu, təmsil olunduğu müxtəlif yerli və beynəlxalq tədbirləri, hesabatları və digər yenilikləri özündə əks etdirən 28 press-reliz açıqlanıb.
Bildirək ki, ictimaiyyətlə operativ kommunikasiyanın təmin edilməsi məqsədilə Palatada bir neçə müraciət kanalı fəaliyyət göstərir. Bu müraciət kanallarına www.fimsa.az rəsmi internet səhifəmizdə aktiv olan “Bizə yazın” pəncərəsi, daimi olaraq müraciətlərin qəbulu və qeydiyyatı üçün yaradılan [email protected] elektron poçt ünvanı, müraciətlərin əyani qaydada təqdim olunması üçün Palatanın inzibati binasında yerləşdirilmiş müraciət qutusu, 966 Çağrı Mərkəzi, o cümlədən sosial şəbəkələrimiz aiddir. Qeyd edək ki, oktyabr ayı ərzində Palataya Çağrı Mərkəzi vasitəsi ilə 3000-dən çox, elektron və kağız daşıyıcılarında 2021, sosial şəbəkələr üzərindən 180-dən çox daxil olmuş müraciət cavablandırılıb. İnformasiya agentlikləri, xəbər portalları, televiziya, radio və digər media kanalları vasitəsilə rəsmi və işçi qaydada daxil olmuş 40-a yaxın sorğuya operativ şəkildə baxılıb. Ümumilikdə isə, Palata tərəfindən oktyabr ayı ərzində 5200-dən çox müraciət icra olunub.
Palata fəaliyyəti barədə məlumatların daha böyük miqyasda və daha geniş auditoriyaya çatdırılması məqsədilə Facebook, Youtube, Twitter, Linkedin və Instagram kimi sosial media kanallarında aktiv təmsil olunur, rəsmi internet səhifə vasitəsilə ictimaiyyətə açıqlanan və Palatanın fəaliyyəti ilə bağlı digər zəruri məlumatlar, mövcud olan vakansiyalar sosial şəbəkələrdə yerləşdirilir, bu kanallar vasitəsilə müraciətlərin operativ şəkildə cavablandırılması təmin edilir.
Qeyd edək ki, oktyabr ayı ərzində sosial şəbəkələrdə ümumilikdə görülən işləri özündə əks etdirən 170-dən çox status və tvit paylaşılıb, Palata ilə bağlı süjetlərin, müxtəlif proqram və verilişlərin, eləcə də maarifləndirici çarxların, animasiya filmlərinin paylaşıldığı Youtube kanalında 30-a yaxın video yerləşdirilib.
Əlavə olaraq, oktyabr ayı ərzində kommunikasiya sahəsində görülmüş işlərin tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Sığortalı gələcək” adlı təşviqat proqramının könüllülərinin iştirakı ilə qısa video çarx hazırlanıb və sosial şəbəkələrdə yayımlanıb. Qeyd edək ki, video insanların sığorta barədə məlumatlandırılması istiqamətində “Sığortalı gələcək” proqramının rolu, könüllülərin proqram çərçivəsində fəaliyyəti, gördükləri işləri və təəssüratlarını əhatə etməklə insanların sığortaya marağının artırılması məqsədi daşıyır.
Bunlarla yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ictimaiyyətin maliyyə xidmətləri sahəsində savadlılığının artırılması məqsədilə informativ broşürlar da hazırlanmış, kreditin əldə edilməsi, bankda əmanət yerləşdirilməsi, sığorta, həmçinin zaminlik öhdəlikləri və zaminin hüquqları istiqamətində bir sıra zəruri informasiyanı əhatə edən sosial video çarxlar çəkilmiş, aparıcı televiziya kanalları vasitəsilə, həmçinin vətəndaşlara xidmət sferasında fəaliyyət göstərən qurumların dəstəyi ilə geniş miqyasda yayımlanması təmin edilmişdir.
Paralel olaraq, kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin və kommunikasiyanın daha səmərəli və effektiv olmasını təmin etmək üçün Palata tərəfindən müvafiq tədbirlər də təşkil olunur.