“Magaz” ASC adi səhmlərini dövriyyədən çıxarır
“Magaz” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1502819011) buraxdığı adi səhmlərin dövriyyədən çıxarılması barədə qərar verib.
FED.az xəbər verir ki, “Magaz” ASC tərəfindən buraxılmış adi səhmlər sənədsiz və adlı formada olub, nominal dəyəri hər biri 1000 manat təşkil edir. Səhmlərin qeydiyyat nömrəsi / beynəlxalq eyniləşdirmə kodu AZ1001021059, emissiyanın yekunları haqqında hesabat isə 17 aprel 2024-cü il tarixində təsdiq edilib. Ümumi miqdar 4 ədəddir.
“Magaz” ASC qiymətli kağızların dövriyyədən çıxarılması üçün Mərkəzi Banka 19 sentyabr 2025-ci il tarixində müraciət edib.
Qanunvericiliyə əsasən, emitentin kreditorları elan dərc edildiyi gündən etibarən 30 gün ərzində mövcud tələbləri ilə bağlı şirkətə müraciət edə bilərlər.
Elan, qiymətli kağızların dövlət reyestrində müvafiq qeyd aparıldıqdan sonra qüvvəyə minəcək.