Azərbaycan Beynəlxalq Bankı məhkəməni uddu. FED.az xəbər verir ki, bankın dollar əmanətçisi faiz dərəcəsinin 2%-ə endirilməsinə etiraz olaraq, onu məhkəməyə vermişdi.
Nəsimi rayon məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə keçən məhkəmə iclasında ABB nümayəndəsi bildirib ki, ölkədə devalvasiya baş verdiyi üçün bankın vəziyyəti pisləşib, buna görə də əmanətlər üzrə yüksək faiz ödəməyə qadir deyil.
Eləcə də bax: “Dollar bayramlığı” – VALYUTA ALIŞI ARTIB
Məhkmə iclası qapalı keçirilib və sonda elan olunan qətnaməyə görə, ölkədə devalvasiyanın baş verməsi və manatın ABŞ dolları qarşısında dəyərini xeyli itirməsi halını əksəriyyət ağlabatan mühakimə şəraitində əvvəlcədən görə bilməzdi. Çünki artıq uzun illər Azərbaycan manatı ABŞ dollarına münasibətdə möhkəmlənməkdə davam edirdi. Ona görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsini məhkəmə qəbul edir…
Şəraitin əhəmiyyətli dəyişməsi..BANK HAQQINDA MƏHKƏMƏ QƏRARI

14:54
14 Mart 2018