Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 33 sahibkarın heyvandarlıq, bağçılıq, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 538 min manat güzəştli kredit verilib.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, layihələrin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması imkanı yaranacaq.
Eləcə də bax: Sahibkarlıq kreditləri üzrə girov tələbi - ARADAN QALDIRILDI
Ümumilikdə, bu günədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7 000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib.
Məlumatda bildirilir ki, cari ildə ümumilikdə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 132,6 mln. manat güzəştli kredit verilib, bu investisiya layihələrinin reallaşdırılmasının 3 800-dək iş yerinin yaradılmasına imkan yaradacaq. Bu müddətdə verilən güzəştli kreditlərin 65%-i ölkə regionlarının, 35%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Kreditlərin 74,4%-i aqrar sektorun, 25,6%-i sənaye və digər sahələrin inkişafına yönəldilib.
Apa