Azərbaycanın aparıcı banklarından olan «Rabitəbank»ın kredit portfeli artmaqdadır.
«Rabitəbank»ın gəlirləri və mənfəəti artıb – HESABAT
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin 1-ci rübünün sonuna bankın ümumi kredit portfeli 633 milyon manata çatır. Bu ötən ilin əvvəli ilə müqayisədə 22 milyon manat və ya 3,6% artıqdır.
Bankın kredit portfelində böyük hissə – portfelin təqribən yarısı biznes kreditlərinin payına düşür – 613 milyon manat. İlin əvvəli ilə müqayisədə biznes kreditləri 26 milyon manat və ya 4,4% artıb.
«Rabitəbank»ın istehlak kreditləri portfeli 215,5 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə təqribən 10 milyon manat artıqdır.
Hesabat dövründə «Rabitəbank»ın istehlak kreditləri isə 5,3 milyon manat və ya 5,3% artaraq 105,2 milyon manata yüksəlib.