2023-cü ilin 9 ayının yekunlarına görə, Azərbaycanda ən yüksək templə böyüyən bankı olan "Ziraat Bank Azərbaycan" filial şəbəkəsini genişləndirir.
FED.az xəbər verir ki, Türkiyənin dövlət bankının Azərbaycanda törəmə bankı olan "Ziraat Bank Azərbaycan"ın 8-ci filialı Bakıda, Babək prospektində yerləşən "Babək Plaza"da istifadəyə verilib.
Müştərilərin istifadəsinə verilən "Babək Plaza" filialı həm hüquqi, həm də fiziki şəxslərə bank əməliyyatları üzrə xidmətlər göstərəcək.
Yeni açılan filala Etibar Babaşlı müdir təyin olunub. Qeyd edək ki, filal müdiri təyin olunan Etibar Babaşlı əvvəllər "Ataholding" və "Atabank"da rəhbər vəzifələrdə çalışıb.