Azərbaycanda da törəmə bankı olan Türkiyənin "Ziraat Bankası" beynəlxalq banklardan 5 il müddətlə 600 milyon dollar vəsait cəlb edib.
Vəsait Bankın uzunmüddətli borclanma imkanlarının artırılması, xarici maliyyələşdirmənin davamlılığı və resurs strukturunun şaxələndirilməsi strategiyaları çərçivəsində cəlb edilib.
FED.az xəbər verir ki, Bankdan yaydığı açıqlamada bildirilir:
"Bu dəfə Bankımız beynəlxalq aləmdə yüksək etimadı və son zamanlar həyata keçirilən yeni pul və fiskal siyasətlərin ölkəmizə və Türkiyənin bank sektoruna verdiyi müsbət töhfələrlə 5 il müddətinə və cəmi 600 milyon dollar məbləğində maliyyə vəsaiti cəlb edib". (Marja)