14 iyun 2023-cü il tarixində "Yelo Bank" ASC-nin baş ofisində səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur:
1. Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarının təsdiqi;
2. Cari və təşkilati məsələlərə baxılması.
Gündəlikdə duran məsələlər üzrə materiallar səhmdarlara elektron poçt vasitəsilə göndəriləcək.