2 dekabr 2022-ci il saat 11:00-da "Yelo Bank" ASC-nin baş ofisində Səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verirk i, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. Yığıncağın gündəliyində duran məsələlərə baxılması.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədlər təqdim edilməlidir.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir. İclas bankın Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən baş ofisində keçiriləcək.
Xatırladaq ki, "Yelo Bank" 2022-ci ilin 3-cü rübünü 3 244 min manat xalis mənfəətlə tamamlayıb.