12 mart 2026-cı il tarixində, saat 15:00-da "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən baş tutacaq.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə dair məsələlərin müzakirəsi.
2. “Unibank ” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Hüquq və təşkilati işlər departamenti ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
Səhmdarlarda öz yerlərinə nümayəndə göndərəcəkləri təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib edilmiş etibarnaməni Səhmdarların növbədənkənar Ümumi Yığıncağının keçiriləcəyi tarixə qədər təqdim etmələri xahiş olunur.











