“Express Bank” ASC cari ilin üçüncü rübü üzrə maliyyə hesabatı göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 42,2 milyon manat, faiz xərcləri 11,3 milyon manat olub.
Faiz gəlirləri illik müqayisədə 6,6 milyon manata yaxın (18,5%), xərcləri isə təxminən 4,1 milyon manat (56,3%) artıb.
Beləliklə xalis faiz gəlirləri 30,9 milyon manat təşkil edib. Bu da illik müqayisədə 2,5 milyon manatdan çox (8,8%) artım deməkdir.
Qeyri faiz gəlirləri 14 milyon manat, xərcləri isə 31,4 milyon manat təşkil edib. Gəlirlər 398 min manat (2,9 %), xərclər isə 2,6 milyon manatdan çox (9%) artıb.
Bundan başqa əmək haqqı və digər kompensasiya növlərinə 14,9 milyon manata yaxın vəsait xərc çəkilib.
İnzibati xərclərin həcmi isə 5,1 milyon manat, amortizasiya xərcləri 1,6 milyon manata yaxın olub.
Bununla da “ExpressBank” cari ilin üçüncü rübünü 9 milyon 967 min manat xalis mənfəətlə başa vurub.
Bank 2 milyon 473 min manat mənfəət vergisi ödəyib.
“ExpressBank”ın aktivləri cari ilin 3-cü rübü üçün 498,5 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 61,5 milyon manat, yaxud 14,1% çoxdur.
Nağd pul vəsaitləri 39,3 milyon manat, ticarət və investisiya qiymətli kağızlarının həcmi 67,3 milyon manat təşkil edib.
Qiymətli kağızların həcmi 23,7 milyon manata yaxın (54,2%) artıb.
Bankın kredit portfeli də 63,2 milyon manat, yaxud 21,3% artaraq 360,3 milyon manata yüksəlib
Kredit portfelinin 109,9 milyon manatı biznes, 185,3 milyon manatı istehlak, 72 milyon manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb. İstehlak kreditləri təxminən 26 milyon manat (16%) , daşınmaz əmlak kreditləri 30,1 milyon manat (72%), biznes kreditləri isə 14 milyon manat (14,7%) artıb.
"Express Bank"ın öhdəlikləri 371,1 milyon manat təşkil edib ki, bu göstərici də 2022-ci ilin son rübü ilə müqayisədə 63,3 milyon manat, yaxud 20,6% artım deməkdir.
Bankın depozit portfeli 194,1 milyon manat həcmində olub. Bunun da 146,6 milyon manatını fiziki şəxslərin depoziti, 47,5 milyon manatını hüquqi şəxslərin depoziti təşkil edib.
Ümumilikdə depozit portfeli 1 milyon (0,5%), hüquqi şəxslərin depozitləri isə 5,6 milyon manat (13,4%) artıb.
Bankın kapitalı 127 milyon 377 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 9 milyon 968 min manat səviyyəsində olub.