Ölkənin ən ikinci böyük bankı "Kapital Bank" III rübdə 10 milyard 277 milyon manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 1 milyard 818 milyon manat böyüyüb.
Bankın III rübdə kredit portfeli 1 milyard 198 milyon manat və ya 31% böyüyərək 5 milyard 115 milyon manata yaxınlaşıb.
Ümumi kredit portfelinin 2 milyard 815 milyon manatını istehlak, 1 milyard 689 milyon manatını biznes, 610 milyon manatını daşınmaz əmlak kreditləri təşkil edib.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat məbləği 542 milyon 548 min manata bərabər olub. Nəticədə xalis kredit portfeli 4 milyard 572 milyon manat olub.
İllik müqayisədə istehlak kreditləri 667 milyon 311 min manat (31%), biznes kreditləri 460 milyon 29 min manat (37%), ipoteka kreditləri 71 milyon 2 min manat (13%) artıb. Xalis kredit portfeli isə 1 milyard 87 milyon manat və ya 31% böyüyüb.