"Kapitalbak” Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 100 manat olan 300 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxır.
FED.az bu barədə bankın emissiya prospektinə istinadən xəbər verir.
Təklifin məqsəd mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılmasıdır.
Anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti”dir.
İstiqrazların tədavül müddəti 7 il (hər il 360 gün götürülməklə), illik gəlirliliyi 7%-dir