23 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilmiş və ənənəvi “Bankçılıq Mükafatları – 2021” adlı tədbirdə üzv təşkilatlar, Ekspert Qrupları və tərəfdaşlar müvafiq nominasiyalar üzrə mükafatlarla təltif edilib.
FED.az xəbər verir ki, Expressbank həyata keçirdiyi layihələr üzrə 2021-ci il üçün “Korporativ Sosial Məsuliyyət” və “Ən Fəal Təhsil Dəstəkçisi” üzrə iki müxtəlif nominasiya üzrə qiymətləndirilərək mükafata layiq görülüb.
Qeyd edək ki, Expressbank-ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 8-i Bakıda, digər 7-si isə Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir.