16 yanvar 2023-cü ildə "Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaqda "Bank Respublika" ASC-nin dividend siyasətinin təsdiq edilməsi; "Bank Respublika" ASC-nin ilin maliyyə nəticələri və mükafatın ödənilməsi və Xalis mənfəətin bölüşdürülməsi məsələləri müzakirə ediləcək.
İclas 16 yanvar 2023-cü ildə saat 12:00-da Bakı şəhəri, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın baş ofisində keçiriləcək.