İyunun 19-da, saat 15:00-da "Bank of Baku" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Bank of Baku" səhmdarlarına 12 milyon manat dividend ödəyib
FED.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Bank of Baku"nun Müşahidə Şurasının üzvlərinə əmək haqqının ödənilməsi şərtlərinə yenidən baxılması və Bankın 2026-cı il üzrə ştat cədvəlinin təsdiq edilməsi daxildir.















