"Bank of Baku"nun İdarə Heyətinin sədri dəyişib.
Elçin İsayev: “Milyardlıq banka çevriləcəyik!” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bankın İdarə Heyəti sədrinin birinci müavini Həsən Quliyev İdarə Heyətinin yeni sədri seçilib. O bu vəzifədə Filiz Yunus Emreni əvəzləyib. Filiz Yunus Emre isə bankın İdarə Heyətinin üzvü olaraq qalıb. Bankın İdarə Heyəti sədrinin müavini Tural Məmmədovdur.
Qeyd edək ki, bankın İdarə Heyəti sədrinin digər üzvü Ülvi Yusifovdur.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i "NAB Holdinq"ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,9%-i "Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur. (Apa)