2024-cü ilin ilk rübündə "Bank of Baku"nun ilk rübdə faiz gəlirləri 35 milyon 217 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
İllik müqayisədə gəlirlər 5 milyon 551 min manat, yəni 19% artıb.
Faiz gəlirlərinin 32 milyon 968 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 4 milyon 176 min manat (15%) çoxdur.
Bundan başqa banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 6 min manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1 milyon 269 min manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1 milyon 72 min manat, digər faiz gəlirləri isə 173 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 610 min manat (93%), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 672 min manat (2,7 dəfə), digər faiz gəlirləri isə 108min manat (2,7 dəfə) artıb.
Bankın xalis faiz gəlirləri isə 21 milyon 974 min manat təşkil edib. Bu da son bir ildə 1 milyon 34 min manat və ya 5% çoxdur.