Cari ilin III rübündə "Azər Türk Bank" 779 milyon 326 min manat kredit portfelinə malik olub.
FED.az xəbər verir ki, kredit portfelinin həcmi illik ilə müqayisədə 344 milyon 407 min manat (79,2%) böyüyüb.
Onun da 284 milyon 17 manatını istehlak, 306 milyon 83 min manatını biznes kreditləri,189 milyon 227 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 63 milyon 259 min manat (28,7%), biznes kreditləri 262 milyon 712 min manat (7,1 dəfə), ipoetka kreditləri 18 milyon 437 min manat (10,8%) böyüyüb.
Bununla yanaşı bu dövrdə istehlak kreditlərinin ümumi kredit portfelindəki payı 36,4%, biznes kreditlərinin payı 39,3%, ipoteka kreditlərinin payı isə 24,3% olub. Ötən ilin üçüncü rübündı istehlak kreditlərinin ümumi kredit portfelindəki payı 50,8%, biznes kreditlərinin payı 10%, ipoteka kreditlərinin payı isə 39,3% təşkil edib. Biznes kreditlərinin payı ötən ilin III rübünə nisbətən 10% yüksəlib.