Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2024-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 80%-dək artaraq, 1,548 milyard manat səviyyəsində olmuşdur.
FED.az xəbər verir ki, bankın kredit portfelinin həcmi 779,3 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 80% çoxdur.
Bankın gəlirləri 106,5 milyon manat, xərcləri 79,5 milyon manat olmuşdur.
2024-cü ilin doqquz ayında Azər Türk Bank 18,3 milyon manatdan çox xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 96,3 milyon manat olmuşdur.
Bankın depozit portfeli böyüyərək, 928,4 milyon manat təşkil etmişdir.
Cəmi bank öhdəliklərinin həcmi 1,4 milyard manat səviyyəsindədir.
Əhali tərəfindən Banka qoyulan əmanətlərin məbləği 84 milyon manat təşkil edib.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,6%, kapitalın gəlirlilik əmsalı (ROE) 23% olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.