2023-cü ilin III rübündə "Azər-Türk Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 434 milyon 919 min manat olub.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 113 milyon 196 min manat (35,2%) artıb.
Bunun da 220 milyon 758 min manatı istehlak kreditlərinin payına 43 milyon 371 min manatı biznes kreditlərinin payına 170 milyon 970 min manatı isə ipoteka kreditlərinin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə istehlak kreditləri 77 milyon 283 min manat (53,9%), biznes kreditləri 8 milyon 135 min manat (23,1%), daşınmaz əmlak kreditləri 27 milyon 778 min manat (19,4%) artıb.
Müştərilərə ümumilikdə 426 milyon 68 min manat xalis kredit verilib ki, bu göstərici də son doqquz ayda 110 milyon 145 min manat (34,9%) artım deməkdir.
Qeyd edək ki, “AzərTürk Bank” 3-cü rübü 10 milyon 499 min manat xalis mənfəətlə yekunlaşdırıb. Xalis mənfəəti həcmi ötən illə müqayisədə 3,4 dəfədən çox artıb.
Daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.