“AccessBank”ın 2025-ci ilin yanvar-sentyabr aylarına (cari ilin 9 ayı) dair maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 2025-ci ilin ilk doqquz ayında 187,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 milyon manat (13,2%) artım deməkdir.
Müştərilərə verilmiş kreditlər üzrə gəlirlər 178,8 milyon manata bərabər olub. Nəticədə bu gəlirlər illik 21,4 milyon manat (13,6%) artıb.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 3,3 milyon manat təşkil edib ki, illik müqayisədə 0,5 milyon manat (16,3%) artım qeydə alınıb.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 2,1 milyon manata bərabər olub.
Son bir il ərzində bu gəlirlərdə 0,7 milyon manat (53,3%) artım baş verib.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 3 milyon manat təşkil edib.
Bankın faiz xərcləri 2025-ci ilin ilk doqquz ayında 73,0 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrünə nəzərən 10,6 milyon manat (17,0%) artımın baş verməsi deməkdir.
Depozitlər üzrə faizlər 55,5 milyon manata bərabər olub ki, bu da il ərzində 4,6 milyon manat (9,2%) artımdır.
Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 0,7 milyon manat təşkil edib. Nəticədə, son bir il ərzində 0,2 milyon manat (38,5%) artım baş verib.
Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 16,7 milyon manat təşkil edib. İllik müqayisədə 6,0 milyon manat (56%) artım qeydə alınıb.
Qiymətli kağızlar üzrə faiz xərcləri 0,1 milyon manata bərabər olub.
Faiz gəlirləri ilə xərcləri arasındakı fərq olan xalis faiz gəliri (zərəri) 2025-ci ilin ilk doqquz ayında 114,2 milyon manat təşkil edib. Bu illik müqayisədə 11,1 milyon manat (10,7%) artım deməkdir.
Ümumi qeyri-faiz gəlirləri 2025-ci ilin ilk doqquz ayında 13,3 milyon manata bərabər olub.
Alınan haqq və komissiya gəliri 12,9 milyon manata bərabər olub. Bu gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 milyon manat (7%) artıb.
Digər gəlirlər 1,1 milyon manata bərabər olub ki, illik 0,6 milyon manat (2,2 dəfə) artım baş verib.
Ümumi qeyri-faiz xərcləri 2025-ci ilin ilk doqquz ayında 72,8 milyon manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrünə nəzərən 7,9 milyon manat (12,1%) artım deməkdir.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 38 milyon manata bərabər olub.Son bir il ərzində 5,3 milyon manat (16,4%) artım baş verib.
Ümumi və inzibati xərclər 17,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon manat (6,6%) artım deməkdir.
Amortizasiya xərcləri 6,2 milyon manata bərabər olub. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu xərclərdə 1,3 milyon manat (26,4%) artım baş verib.
Digər xərclər 11,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon manat (6,5%) artım deməkdir.
Bu ehtiyatlar 2025-ci ilin ilk doqquz ayında 11,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 milyon manat (2,8 dəfə) kəskin artım deməkdir.
Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 2025-ci ilin ilk doqquz ayında 43,1 milyon manat olub.
Hesabat dövründə bank 7,5 milyon manat mənfəət vergisi ödəyib. Bu ödəniş ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon manat (22,9%) artıb.
Nəticədə, 2025-ci ilin ilk doqquz ayını AccessBank 35,6 milyon manat xalis mənfəətlə tamamlayıb..
Bankın cəmi aktivləri 1 milyard 620 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 134,3 milyon manat (9,1%) artımdır.
Bu böyümənin əsas səbəbi, müştərilərə verilmiş xalis kreditlərin 1 milyard 240 milyon manata bərabər olmasıdır. Bu göstərici son doqquz ayda 137,2 milyon manat (12,4%) artıb.
Biznes kreditləri 995,8 milyon manata bərabər olub. İlin əvvəlinə nəzərən bu kreditlər 93,9 milyon manat (10,4%) böyüyüb.
İstehlak kreditləri 280,3 milyon manat olub ki, bu da 41,2 milyon manat (17,2%) artım deməkdir.
Daşınmaz əmlak kreditləri isə 20,7 milyon manat təşkil edib. İlin əvvəlindən bu yana 10,2 milyon manat (2,0 dəfə) artıb.
Banklar və digər maliyyə institutlarındakı depozitlər 125,7 milyon manata yüksəlib. Bu da ilin əvvəli ilə müqayisədə 15,1 milyon manat (13,7%) artımdır.
Nağd pul vəsaitləri 141,3 milyon manat olub. Bu, ilin əvvəli ilə müqayisədə 3,7 milyon manat (2,7%) artım deməkdir.
Bankın ticarət və investisiya qiymətli kağızları 38,3 milyon manat təşkil edib.
Əmlak və avadanlıqlar 33,4 milyon manat, qeyri-maddi aktivlər isə 13,4 milyon manat olub.
Cəmi öhdəliklər 1 milyard 401 milyon manata yüksəlib. Öhdəliklər ilin əvvəli ilə müqayisədə 97,3 milyon manat (7,5%) artıb.
Bu artımın əsas səbəbi kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərin 278,1 milyon manata bərabər olmasıdır. Bu öhdəliklərdə 80,6 milyon manat (40,8%) artım baş verib.
Depozitlər 40,4 milyon manat (3,9%) artaraq 1 milyard 67 milyon manata yüksəlib.
Fiziki şəxslərin depozitləri 53,3 milyon manat (6,6%) artımla 860,8 milyon manat təşkil edib.
Hüquqi şəxslərin depozitləri isə 184,4 milyon manata bərabər olub..
Subordinasiya borc öhdəlikləri 17,0 milyon manat, borc qiymətli kağızları isə 5,1 milyon manat olub.
Cəmi kapital 218,1 milyon manata yüksəlib. Bu isə ötən ilin sonuna nəzərən 37,0 milyon manat (20,4%) artımdır.
Bölüşdürülmüş mənfəətin 83,7 milyon manata bərabər olub. İl ərzində bu 35,6 milyon manat (74,0%) artım qeydə alınıb.
Ümumi ehtiyatlar isə 12,7 milyon manata çatıb.