“AccessBank” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1400057421) geri satın alınmış imtiyazlı səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsini elan edir.
FED.az xəbər verir ki, “Accessbank” Qapalı Səhmdar Cəmiyyəti (“Bank”) hər birinin nominal dəyəri 1
Azərbaycan manatı, ümumi nominal dəyəri 11 milyon 388 min 889 Azərbaycan manatı olan geri satın alınmış ədəd AZ3002004282 və AZ3001004283 dövlət qeydiyyat nömrəli qeyri-kumulyativ, sənədsiz, adlı imtiyazlı səhmlərin dövriyyədən çıxarılmasını və ləğv edilməsini elan edir.
Səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi geri satın alınmış imtiyazlı səhmlərin dövriyyədən çıxarılması və ləğvi ilə bağlı Bankın Səhmdarlarının Ümumi Yığıncağının 29 may 2024-cü il tarixli qərarına əsasən həyata keçirilir. Səhmlərin geri satın alınması prosesi Azərbaycan Respublikasının Mərkəzi Bankının yazılı razılığı əsasında 24 iyul 2024-cü il tarixində başlamış və 09 dekabr 2024-cü il tarixində başa çatmışdır.
Bank tərəfindən geri satın alınmış toplam dəyəri 11 388 889 Azərbaycan manatı olan imtiyazlı səhmlər üzrə ödəniş imtiyazlı səhmdarların hesablarına köçürülmüşdür.
AZ1065, Bakı şəhəri, Yasamal rayonu, 1033, Tbilisi prospekti 3.