AccessBank şəxsi biznes arzusunda olan kiçik və orta sahibkarlara dəstək olmaqda davam edir.
Bank, təkcə 2021-ci ilin dekabr ayı ərzində özünüməşğulluq layihəsi çərçivəsində 14 ailəyə biznesləri üçün zəruri olan avadanlıqları ianə edib. Bu sahibkarlardan 6-sı Vətən müharibəsinin iştirakçısı və ya şəhid ailəsinin üzvüdür. Bank tərəfindən dəstək almış sahibkarlar əsasən, gözəllik salonu, kişi bərbərxanası, kiçik iaşə obyekti və dərzi xidməti üzrə fəaliyyət göstərəcəklər. Sahibkarlar Bakı, Sumqayıt, Tərtər, Ağdam, Zaqatala şəhərlərini təmsil edirlər.
AccessBank cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış proqramın əsas məqsədi aztəminatlı ailələrin kiçik sahibkarlığa çıxışına dəstək verməkdir. Onların ailə bizneslərini qurmalarına, bununla da rifah halını yaxşılaşdırmalarına imkan yaratmaqdır.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.