2023-cü ilin III rübündə "AccesBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) artaraq 992 milyon 398 min manata çatıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 178 milyon 849 min manat (22%) artıb.
Bunun da 233 milyon 489 min manatı istehlak kreditlərinin payına 752 milyon 684 min manatı biznes kreditlərinin payına 6 milyon 222 min manatı isə ipoteka kreditlərinin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə istehlak kreditləri 59 milyon 274 min manat (34%), biznes kreditləri 118 milyon 667 min manat (18,7%), daşınmaz əmlak kreditləri 908 min manat (17,1%) artıb.
Müştərilərə ümumilikdə 949 milyon 137 min manat xalis kredit verilib ki, bu göstərici də son doqquz ayda 169 milyon 568 min manat (21,8%) artım deməkdir.