“AccesBank” ASC cari ilin üçüncü rübü üzrə maliyyə hesabatı göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 142 milyon 19 min manat, faiz xərcləri 53 milyon 286 min manat olub.
Faiz gəlirləri illik müqayisədə 41 milyon 755 min manat (41,6%), xərcləri isə təxminən 12 milyon 179 min manat (29,6%) artıb.
Beləliklə xalis faiz gəlirləri 88 milyon 733 min manat təşkil edib. Bu da illik müqayisədə 29 milyon 576 min manat (50%) artım deməkdir.
Bankın qeyri faiz gəlirləri 13 milyon 425 min manat, xərcləri isə 61 milyon 272 min manat təşkil edib.
Gəlirlər 4 milyon 884 min manat (57,2%), xərclər isə 8 milyon 601 min manat (16,3%) artıb
Bankın əmək haqqı və digər kompensiya növləri üzrə xərcləri 29 milyon 986 min manat, ümumi inzibati xərcləri 14 milyon 884 min manat, amortizasiya xərcləri 5 milyon 538 min manat, digər xərcləri 10 milyon 864 min manat təşkil edib.
Beləliklə “AccesBank” 3-cü rübü 29 milyon 309 min manat xalis mənfəətlə yekunlaşdırıb. Mənfəətlər son bir ildə 5,6 dəfə artıb.
“AccesBank”ın aktivləri cari ilin 3-cü rübü üçün 1,394 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 225,2 milyon, yaxud 19,3% çoxdur.
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 127,7 milyon manat, ticarət və investisiya qiymətli kağızları isə 86,9 milyon manat olub.
Bankın kredit portfeli də əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, kredit portfeli 178,8 milyon manat, yaxud 22% artaraq 992,4 milyon manata çatıb.
Bunun da 233,5 milyon manatı, istehlak, 752,7 milyon manatı biznes, 6,225 milyon manatı isə daşınmaz istehlak kreditlərinin payına düşüb. İstehlak kreditləri 59,3 milyon manat (34%), biznes kreditləri 118,67 milyon manat (18,7%), daşınmaz əmlam kreditləri isə 908 min manat (17,1%) artıb.
"AccesBank"ın öhdəlikləri 1249,8 milyon manat təşkil edib ki, bu göstərici də 2022-ci ilin son rübü ilə müqayisədə 193 milyon 763 min manat, yaxud 18,3% artım deməkdir.
Bankın depozit portfeli 165,5 milyon manat (19,2%) artıb.
Depzoit portfelinin də 800,2 milyon manatdan çoxu fiziki şəxslərin, 225,3 milyon manatdan çoxu hüquqi şəxslərin payına düşür. Fiziki şəxslərin depozitləri 81 milyon 230 min manat (11,3%), hüquqi şəxslərin depozitləri isə 84 milyon 275 min manat (59,8%) artıb.
“AccesBank” üçüncü rübdə 144 milyon 225 min manat kapitala malik olub. Kapitalın həcmində 31 milyon 463 min manat, yaxud 27,9%-lik artım qeydə alınıb.