Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ötən ili necə başa vurduğu məlum olub. FED.az xəbər verir ki, ötən il Palatanın cəmi aktivləri 21 milyon 335 min manat olub ki, bu da 2017-ci ilə müqayisdə 6 milyon 695 min manat və ya 45,73% çoxdur.
Həmçinin Palatanın cəmi kapitalı da artıb. Belə ki, 2018-ci ildə MBNP-nın 20 milyon 269 min manat cəmi kapitalı olub ki, bu də 2017-ci illə müqayisədə 50,43% çoxdur.
Palatanın bu il mənfəəti 10 milyon 443 min manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 3 dəfəyə yaxın çoxdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnamə kapitalı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən yatırılmış 5 milyon manat təşkil edir.