Banklara kapital inyeksiyalarının əsasən bank sahibləriblənin şəxsi vəsaitləri hesabına edilməsi nəzərdə tutulur. FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri İbrahim Alışov 2018-ci ildə də kapitallaşmanın davam edəcəyini bildirib.
Onun sözlərinə görə, bankların kapitalının artırılmasında və mövcud itkilərin bərpa olunmasında bank sahibləri öz şəxsi vəsaitlərindən istifadə edəcək: “Gələcəkdə, yəni orta dövr üçün düşünürük ki, artıq banklar gəlir generasiya edəcək. Bu isə əlavə kapital artımına imkan verəcək. Hesab edirəm ki, banklar kapital təhlükəsizliyini formalaşdıra biləcək”.
Palata sədri: “Kapital iynəsi” bank sahiblərinin şəxsi pulu hesabına olacaq
15:42
6 Mart 2018