Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.
FED.az xəbər verir ki, Palata bu göstəricini “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək hesablayıb.
Eləcə də bax: Bu il 6 milyard manatdan çox – İSTEHLAK KREDİTİ VERİLİB
Göstəricidən məlum olur ki, Azərbaycan banklarında istehlak kreditlərinin orta göstəricisi ayrıldığı sahədən asılı olaraq illik 19-24% arasında dəyişir. Ən ucuz kreditlər avtomobil (19%), ən bahalı kreditlər isə məişət avadanlıqlarının alınması ilə bağlı olanlardır (24%).
ABŞ dolları ilə götürülən istehlak kreditlərinin faiz dərəcəsi manat kreditlərindən 12-13% aşağıdır.