2023-cü il ərzində depozitlər üzrə dedollarlaşmanın əsas səbəbi hüquqi şəxslərin depozitləri olub.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
2023-cü il ərzində ümumilikdə hüquqi şəxslərin cəmi depozitlərinin dollarlaşması 9.8 f.b. azalaraq 41% təşkil edib.
Dedollarlaşma trendi hüquqi şəxslərin həm tələbli, həm də müddətli depozitləri üzrə müşahidə edilib. Belə ki, HŞ-lərin tələbli depozitləri üzrə dollarlaşma 12 f.b. azalaraq 36.3%-ə, müddətli depozitləri üzrə isə 10.9 f.b. azalaraq 59.2%-ə enib.
2022-ci ilin sonu ilə müqayisədə HŞ-lərin XV-da olan tələbli depozitləri məbləğ ifadəsində 3.2 mlrd. manat azalıb. Azalmanın əsas səbəbi əsasən neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin ödəmələri ilə bağlı olub.