"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin daşınmaz əmlakı hərraca çıxarılır
16 dekabr 2025-ci il tarixində saat 11:00-da "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlak hərraca çıxarılacaq.
FED.az xəbər verir ki, hərraca çıxarılan əmlak Xaçmaz şəhəri, Hüseyn bəy Rəsulbəyov küçəsi, giriş 68 ünvanında yerləşən qeyri-yaşayış binasıdır. Əmlakın ümumi sahəsi 472,1 kv.m, torpaq sahəsinin ölçüsü isə 0,0314 hektar təşkil edir. Binanın start qiyməti 582 883 manat, beh məbləği isə 58 288,30 manat müəyyən edilib.
Daşınmaz əmlaka baxış imkanı hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 10:00-dan 12:00-dək mümkündür.
Hərracda iştirak etmək istəyən şəxslər sənədləri ən geci hərracın başlanmasına 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.
İştirak üçün tələb olunan sənədlər:
-
Hüquqi şəxslər üçün – təsis sənədlərinin təsdiq olunmuş surətləri;
-
Fiziki şəxslər üçün – şəxsiyyəti təsdiq edən sənədin surəti;
-
Nümayəndə vasitəsilə iştirak halında – etibarnamə;
-
Behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanının 2-ci mərtəbəsində keçiriləcək.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20














