Ölkənin ən iri bankı olan ABB 2024-cü ilin son rübü üzrə maliyyə vəziyyəti göstəricilərini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki. ABB cari ilin son rübünün nəticələrinə görə 293milyon 732 min manat xalis mənfəətlə başa vurub. Bank bu dövrdə 74 milyon 654 min manat xalis mənfəət əldə edib. Bankın ödədiyi mənfəət vergisinin həcmi 74,6 milon manata bərabər olub.
Bankın faiz gəlirləri 914,2 milyon manat olub. Faiz gəlirlərinin də böyük hissəsini, yəni 664,4 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 140,6 milyon manat təşkil edib.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 134,3 milyon manat və ya 17%, kreditlərdən əldə olunan gəlirlər 192,6 milyon manat və ya 41%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 18,7 milyon manat (15%) artıb.
Bankın faiz xərcləri isə 249,5 milyon manat olub ki, bu da son bir ildə 114,6 milyon manat və ya 85% çoxdur. Faiz xərcinin 179,6 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 81,3 milyon manat, başqa sözlə 83% artıqdır.
Beləliklə, Beynəlxalq Bankın xalis faiz gəlirləri təxminən 660 milyon manat təşkil edib. Bu da illik müqayisə ilə 22,4 milyon manat (4%) artım deməkdir.
ABB-nin qeyri faiz gəlirləri 340,2 milyon manat, xərcləri isə 521,1 milyon manat olub. Gəlirlər 2023-cü ilin IV rübünə olan vəziyyət ilə müqayisədə 98,3 milyon manat (41%), xərclər isə 125,6 milyon manat (32%) çoxdur.
Qeyri-faiz gəlirlərinin 230,5 milyon manatı haqq və komissiya gəlirlərinin, 66,3 milyon manatı xarici valyutadan gəlirlər, 39,8 milyon manatını digər gəlirlər təşkil edib. İllik müqayisə ilə haqq və komissiya gəlirləri 73,6 milyon manat (47%), digər gəlirlər 20,6 milyon manat (2,1 dəfə) artıb.
Xərclərin də 186,9 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərin, 34 milyon manatı inzibati xərclərin, 28 milyon manatı amortizasiya xərclərinin, 272 milyon manatı isə digər xərclərin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə əmək haqqı xərcləri 29,7 milyon manat (19%), ümumi və inzibati xərclər 8,5 milyon manat (33%), digər xərclər isə 88,3 milyon manat (48%) artıb.
2024-cü ilin sonunda ABB 13 milyard 628,9 milyon manat aktivlərə malik olub.
Aktivlərin 3 milyard 162 milyon manatını nağd pul vəsaitləri, 2 milyard 534 milyon manatını ticarət və qiymətli kağızlar. 6 milyard 350,8 milyon manatını isə kredit portfeli təşkil edib.
Qiymətli kağızlara yatırımlar 1 milyard 249 milyon manat (55%) artıb.
ABB-nin cəmi kredit portfeli 2024-cü ilin IVrübündə 2023-ci ilin sonu ilə müqayisədə 1 milyard 302 milyon manat və ya 26% artıb.
O cümlədən, ABB-nin istehlak kreditləri portfeli 428,6 milyon manat (31%) artaraq 1 milyard 798,7 milyon manata, biznes kreditləri portfeli 604,6 milyon manat və ya 24% artaraq 3 milyard 109,2 milyon manata, ipoteka kreditləri portfeli 268,8 milyon manat və ya 23% artaraq 1 milyard 442,8 milyon manata çatıb.
Bankın öhdəlikləri hesabat dövründə 11 milyard 578,7 milyon manat olub.
ABB-nin depozit portfeli 10 milyard 6,5 milyon manat təşkil edib ki, onun da 2 milyard 746,4 milyon manatı fiziki şəxslərin, 7 milyard 260,1 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Fiziki şəxslərin əmanətləri ötən ilin sonu ilə müqayisədə 592,2 milyon manat (27%), hüquqi şəxslərin əmanətləri isə 18,2 milyon manat (0,3%) böyüyüb.
ABB-nin kapitalı 240 milyon manat (13%) artaraq 2 milyard 50,2 milyon manata , bölüşdürülməmiş mənfəəti 108,7 milyon manat (29%) artaraq 485,6 milyon manata, səhmdar kapitalı isə 55,6 milyon manat (5%) artaraq 1 milyard 281,2 milyon manata çatıb.
MƏLUMAT YENİLƏNİR