Azərbaycan Beynəlxalq Bankı cari ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, bank ötən ilin birinci yarısı ilə müqayisədə bu il 20.33% daha çox kredit verib.
Belə ki, bankın müştərilərə verdiyi kreditin məbləği 2 milyard 16 milyon 858 min manata çatıb.
Ötən ilin birinci yarısı ilə müqayisədə bankın öhdəlikləri 9.19% azalaraq 7 mln 017 min manat təşkil edib.
2018-ci ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında ABB-nin cəmi faiz gəlirləri 6% artaraq 219 milyon 740 min manata, qeyri-faiz gəlirləri 23,4% artaraq 64 milyon 763 min manata,cəmi faiz xərcləri isə 23,6% azalaraq 48 milyon 306 min manata, qeyri-faiz xərcləri 31,4% artaraq 72 milyon 154 min manata yüksəlib.
Müştərilərə verdiyi kreditlər 2 milyard manatı keçib - BANK HESABATI
13:07
22 İyul 2019