Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
FED.az banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları aprelin 1-nə 5 milyard 778,6 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayla müqayisədə 16,7 milyon dollar çoxdur. Son 1 ildə bankın valyuta ehtiyatları 270,6 milyon dollar artıb.