Bildirdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankında mühüm struktur dəyişikləri baş verib. Yeni şöbə, bölmə və departamentlər yaradılıb.
FED.az Banker.az saytının əldə etdiyi məlumata əsasən xəbər verir ki, Qurbanov Vüsal Cavanşir oğlu Sığorta fəaliyyətinə nəzarət departamenti direktor təyin edilib. O, buna qədər AMB-də şöbəsinin müdri vəzifəsini icra edirdi.
Eləcə də bax:Mərkəzi Bankda dəyişiklik - DEPARTAMENT LƏĞV EDİLİB
Statistika Departamentinə direktor kimi (vəzifə vakant idi) Nəsirov Samir Şahmur oğlu təyin edilib.
Seydiyev Elrad Eldar oğlu Maliyyə bazarlarında əməliyyatlar departamentinə direktorluq edəcək. Seyidov 2007-ci ildən baş bankda fəaliyyət göstərirməklə son 5 ili Bazar əməliyyatları şöbəsinin müdri kimi çalışırdı.
Maliyyə monitorinqi bölməsi ləğv olunan Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Hacılı Zaur Nadir oğlu təyin edilib.
Valyuta ehtiyatlarının idarə edilməsi departamentinə direktorluq isə Rəsulov Tərlan İzzət oğluna tapşırılıb. O buna qədər Mərkəzi Bankda Ehtiyyatların idarəedilməsi şöbəsində müdir vəzifəsini icra edirdi.
Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinə rəhbərlik isə 2005-ci ildən Mərkəzi Bankda çalışan İsayev Fuad Fərman oğlu həvalə edib.
Lisenziyalaşdırma şöbəsinə müdirlik isə Allahverdiyev Elnur Rafael oğluna həvalə edilib.